Ermənistan ordusunun dörd hərbçisi məhv edildi

Azərbaycanla sərhəddə təxribat törədərkən məhv edilən erməni hərbçilərinin sayı 4-ə çatıb.

Ermənistan Müdafiə Nazirliyi bu gün baş verən silahlı toqquşmalarda 4 hərbçi itirdiklərini etiraf edib.

Nazirlik 1 erməni hərbçinin yaralandığını açıqlayıb.

11:19

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən törədilən təxribata cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni hərbçi məhv edilib.

Bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Bununla yanaşı, daha bir erməni əsgər isə yaralanıb. 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ