Ərdoğanın azərbaycanlı polislə maraqlı dialoqu gündəm oldu - video

Еürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ankarada Polis Akademiyasında keçirilən məzun günündə azərbaycanlı tələbə Sərxan Oruclu ilə görüşüb. 

Akademiya üzrə yüksək göstəriciləri olan məzunlar arasında olan azərbaycanlı tələbəni Türkiyənin dövlət başçısı özü təltif edib.

Təltifetmə zamanı Ərdoğanla S.Oruclu arasında maraqlı dialoq yaşanıb. Ərdoğan ondan Azərbaycana nə zaman qayıdacağını soruşub. Gənc polis isə ayın 29-u gedəcəyini bildirib. Həmçinin Türkiyə Prezidenti ona “qardaşım İlham Əliyevə salam söylə” deyib. O isə “oldu” cavabını verib.

Qeyd edək ki, mərasimdə Azərbaycanla yanaşı İndoneziya, Ukrayna, İraq, Konqo, Əfqanıstan və digər ölkələrdən Akademiyanı bitirən ümumilikdə 87 məzun iştirak edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ