“WhatsApp” çoxdan gözlənilən yeniliyi təqdim etdi

“WhatsApp” istifadəçilərə çoxdan gözlənilən imkan təqdim edir. Belə ki, artıq messencerlə videoları yüksək keyfiyyətdə göndərmək mümkün olacaq.

Məlumata görə, istifadəçilər göndərdikləri videoların keyfiyyətini özləri seçə biləcəklər.

Ancaq “yüksək keyfiyyət” seçimində belə fayllarda sıxılma olacaq.

“Seçim istifadəçilərə videoları orijinal keyfiyyətində paylaşmağa imkan vermir, lakin yeni funksiya ilə o, xeyli təkmilləşdirilib”, - deyə ekspertlər izah ediblər.

Qeyd olunur ki, videoların yüksək keyfiyyətdə göndərilməsi funksiyası statuslara şamil edilməyəcək.

“WhatsApp”ın yeni funksiyası “iOS” əsaslı mesencerin “beta” versiyasının yeniləməsində işləkdir. Funksiya inkişaf mərhələsindədir, tətbiqin gələcək yeniləməsində yeni variant tətbiq oluna bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ