Putin “Vaqner” döyüşçülərinə üç seçim verdi

İyunun 26-da axşam saatlarında Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edərək, “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin təşkil etdiyi silahlı qiyamı şərh edib.

Müraciət zamanı Putin ÖHŞ-nin muzdlularından kimlərsə gizli istifadə etməyə çalışdıqlarını bildirib. Rusiya Federasiyasının prezidenti “Vaqner” döyüşçülərinə Rusiya Müdafiə Nazirliyi və ya digər hüquq-mühafizə orqanları ilə müqavilə imzalamağı, ailələrinin yanına qayıtmağı və ya Belarusa getməyi təklif edib.

“Kim istəyirsə Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Yenə deyirəm, seçim sizindir, amma əminəm ki, bu, faciəvi səhvini başa düşən rus əsgərlərinin seçimi olacaq”, - Putin bildirib.

Prezidentin çıxışı beş dəqiqədən bir qədər çox çəkdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ