Xırdalan şəhərində 35 yaşlı Abşeron sakini Minayə Nuriyevanın bədbəxt hadisə nəticəsində öldüyü “köpək balığı” atraksionu müvəqqəti bağlanıb.
Buta.media-nın əldə etdiyi məlumata görə, ölüm hadisəsi ilə əlaqədar araşdırılma aparıldığı üçün atraksiona giriş dayandırılıb.
Xatırladaq ki, Minayə Nuriyeva və qızı Cəmilə Nuriyeva 5 qoşqudan ibarət, köpək balığı şəkilli karuseldə əylənən zaman Minayə atraksiondan yıxılıb.
Parkın mühafizəçisinin sözlərinə görə, Minayə Nuriyeva atraksionda olarkən Cəmilənin papağı düşüb. Qadın qızının baş geyimini göürmək istəyəndə dəmirə ilişib və qatarın altına düşüb.
Minayə Nuriyeva qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına çatdırılsada, həkimlər onun həyatını xilas edə bilməyiblər.