Xırdalan parkında dəhşət: qadın atraksiondan yıxılıb öldü - video

Xırdalan şəhərində Heydər Əliyev adına parkında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Abşeron rayon sakini 35 yaşlı Minayə Nuriyeva və qızı Cəmilə Nuriyeva 5 qoşqudan ibarət, delfin şəkilli karuseldə əylənən zaman Minayə atraksiondan yıxılıb.

Parkın mühafizəçisi bildirib ki, Minayə Nuriyeva atraksionda olarkən Cəmilənin papağı düşüb, Minayə baş geyimini göürmək istəyəndə dəmirə ilişib və qatarın altına düşüb.

Qadın qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II  və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.

M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ