Azərbaycanda koronavirus: 10 yeni yoluxma qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 831 105 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 623 nəfər müalicə olunaraq sağalıb, 10 226 nəfər vəfat edib, aktiv xəstə sayı 256 nəfərdir.

Ölkədə son sutka ərzində 655, hazırkı dövrədək isə 7 582 685 test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ