Zelenski Baxmuta getdi - foto

Volodimir Zelenski Donetsk vilayətinə işgüzar səfəri zamanı Ukrayna hərbçilərinin Baxmut istiqamətindəki mövqelərinə baş çəkib.

Bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.

Ukrayna lideri cəbhədəki əməliyyat vəziyyəti və döyüş əməliyyatlarının gedişi ilə bağlı məruzələri dinləyib, həmçinin hərbçilərə mükafatlar təqdim edib.

“Mən bu gün burada, ölkəmizin şərqində, Donbassda qəhrəmanlarımızı mükafatlandırmaq, sizə təşəkkür etmək, əl sıxmaq şərəfinə nail oldum. Ukraynanın dövlətini, suverenliyini, şərqini müdafiə etdiyiniz üçün sizə təşəkkür edirəm”, - Zelenski səfər zamanı deyib.

Ukrayna prezidentinin Baxmuta səfərinin nə vaxt baş tutduğu açıqlanmır.

Qeyd edək ki, Baxmut uğrunda ağır döyüşlər yeddi aydan çoxdur davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ