Sabah bəzi yerlərdə yağış yağacaq

Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var.

Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olacaq. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ