Azərbaycanın sahib çıxmadığı fenomen Türkiyəni seçdi - VİDEO

Türkiyənin Sabancı Universitetinə qəbul olan və 156 min dollar təqaüd alan 17 yaşlı azərbaycanlı Yasin Quliyev bəzi məlumatlar üzə çıxıb.

Buta.media-nın xəbərinə görə, Yasin Quliyevin hazırladığı robot digərlərindən texnoloji cəhətdən xeyli yüksək olduğundan I yerə layiq görülüb. 

Onun hazırladığı robotla uzaqdan uşaq meydançalarını, küçələri təmizləmək mümkündür. 

Yasinin bu layihəsi 2018-ci ilin 15-18 avqust tarixlərində Meksikada keçiriləcək "First Global" beynəlxalq robot-texnika yarışında nümayiş etdirilməli idi. Lakin dövlət tərəfindən heç bir maddi dəstək göstərilmədi. 

Baku.ws yaydığı məlumata görə, Yasin Quliyevin yarışda iştirakı üçün maddi dəstək göstərilməsi xahişi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə edilən müraciətə "maliyyə vəsaitinin ayrılması nazirliyin imkanı xaricindədir" cavabı verilmişdi. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ