Gürcüstanda xüsusi əməliyyat keçirilib

Gürcüstanın Poti və Senaki şəhərlərində polis xüsusi əməliyyat keçirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nəticədə 20-yə yaxın şəxs saxlanılıb.

Saxlanılan şəxslər polis bölməsinə aparılıblar. Onların evlərində axtarışlar həyata keçirilib.

Xüsusi əməliyyatın detalları barədə hələ məlumat verilmir.

Saxlanılan şəxslərin kriminal aləmlə əlaqəli olduqları bildirilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ