Rusiya Ukraynaya raket zərbələri endirdi

Ukrayna hakimiyyəti dekabrın 16-da səhər saatlarında ölkənin regionlarının yeni raket hücumuna məruz qaldığını bəyan edib. Bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.

Ukrayna prezidentinin ofisi vətəndaşları raket hücumlarına hazır olmağa və sığınacaqlara getməyə çağırıb.

Ukrayna Telegram kanalları Xarkov və Dnepropetrovsk vilayətlərində partlayış səslərinin eşidildiyini yazırlar. Həmçinin Kiyev vilayətində hava hücumundan müdafiə sistemlərinin işi düşməsi haqqında məlumat verilir.

Xarkov vilayətinin administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, Rusiya qoşunları bölgənin kritik infrastrukturuna üç zərbə endirib. İlkin məlumata görə, itki yoxdur.

Raket zərbələri təhlükəsi ilə əlaqədar Ukraynanın bəzi bölgələrində elektrik enerjisi kəsilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ