Si Cinpin Şoltsun əlini sıxmadı

Çin Prezidenti Si Cinpin Pekində Almaniya kansleri Olaf Şolts ilə görüşüb. Almaniya lideri Çinə bir günlük səfərə gəlib.

KİV-in məlumatına görə, Si Cinpin deyib ki, Çin və Almaniya dünya sülhü üçün “dəyişikliklər və sarsıntılar zamanı” daha çox birlikdə çalışmalıdırlar.

Qeyd olunur ki, iki liderin görüşü Çində koronavirusla bağlı ciddi məhdudiyyətlər fonunda baş tutub. Belə ki, Çin lideri maskasız Şoltsla salamlaşsa da, həmkarının əlini sıxmayıb.

Bundan əlavə, Çinə gəldikdən sonra Almaniya kanslerinin idarə heyəti ekipajı əvəz etmək üçün dərhal Cənubi Koreyaya uçmağa məcbur olub. “Əks halda köhnə ekipaj Çində karantində qalmalı olacaqdı”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ