Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi

İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva evlənib.

“Qafqazinfo” xəbər verir ki, o, Cənubi Afrika Respublikasından olan atletlə ailə həyatı qurub. 

İdmançının toyu olmasa da, onlar rəsmi nikaha giriblər.

Afrikalı atlet bundan sonra Azərbaycanda yaşayacaq. 

Əldə etdiyimiz məlumata görə, o, L.Vəliyeva ilə evləndikdən sonra Azərbaycan vətəndaşlığı almaq istəyir. İdmançı ölkəmizin yığmasında çıxış etmək niyyətindədir.  

Qeyd edək ki, bu barədə ilk məlumatı İdman.biz saytı yayıb. 

Xatırladaq ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanan Lamiyə Vəliyeva Paris-2024-də də eyni uğuru təkrarlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ