Azərbaycanda narkotikə görə tutulan “TikTok”erə hökm oxundu

Narkotik dövriyyəsində ittiham edilən “TikTok”er Aysun Mirişlinin məhkəməsi yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib.

Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.

Qeyd edək ki, Aysun Mirişli “TikTok”da “axundova__302_” adı ilə tanınır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ