“Boney M.” qrupunun yaradıcısı Frank Farian vəfat edib

Musiqiçi, bəstəkar, “Boney M.” qrupunun yaradıcısı Frank Farian (əsl adı Frans Röyter) 83 yaşında vəfat edib. Bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilir ki, Farian Mayamidəki evində dünyasını dəyişib.

1961-ci ildə Farian “Frankie Farian und die Schatten” qrupunu yaradıb və yerli restoranlarda və rəqs klublarında çıxış etməyə başlayıb.  1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirakından sonra populyarlaşıb. 1968-ci ildə Farian solo karyerasına başlayıb.

Lakin 1970-ci illərin ortalarından etibarən onun karyerasında eniş başlayıb, bu zaman Farian özünü pop musiqində sınaqdan keçirib. O, “Rasputin” və “Daddy Cool” kimi “Boney M.” hitlərinin müəllifidir. Bundan əlavə, Farian, “Eruption”, “Precious Wilson”, “Far Corporation”, “Milli Vanilli”, “La Bouche” daxil olmaqla bir neçə başqa pop layihələrini yaradıb.

Farian 1970-1980-ci illərdə beynəlxalq aləmdə ən uğurlu alman prodüseri hesab olunurdu. Baxmayaraq ki, musiqi tənqidçiləri ona çox vaxt mənfi yanaşırdılar. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ