Aygün Bəylər dəfn edildi - video

Əməkdar artist Aygün Hümmətova (Bəylər) dəfn edilib.

Sənətçinin nəşi S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimindən sonra Suraxanı qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

11:08

Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi keçirilir.

Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilən vida mərasimində A.Hümmətovanın yaxınları, sənət dostları və onu sevənlər iştirak edirlər.

Baku TV vida mərasimindən canlı bağlantıya qoşulub:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ