Aygün Bəylərin ölüm xəbəri yayıldı

Azərbaycan Respublikasının əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

“Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub”, - o deyib.

Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov Moderator.az-a xəbəri inkar edib,

 “Türkiyəyə gəzməyə getmişdi. İndi Ankaradan Bakıya gəlir. Onu mən müalicə edəcəm. Vəziyyəti ağırdır. Yarım saat əvvəl danışmışam, gecə saat 3-4 arası bizim xəstəxanada olacaq” deyə bildirib.

20:59

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib.

Məlumatı Mədəniyyət Nazirliyi təsdiqləyib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ