Aparıcı Elvin Basqallının ölüm xəbəri yayılıb

Sosial şəbəkədə məşhur aparıcı Elvin Basqallının ölüm xəbəri yayılıb.

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən aparıcı yayılan məlumatdan sonra ona çoxsaylı zənglər gəldiyini bildirib:

“Tik-tok”da ölüm xəbərimi yayıblar. Səhifəm də bağlı olduğu üçün çox adam xəbərə inanıb. Səhərdən dost-tanış zəng edir. Köhnə qonşum zəng edib soruşdu ki, ölmüsən? Dedim, yox. Kövrəlmişdi, ağlamağa başladı. Mən də qoşuldum ona, ağladım. Sonra dedim ki, qardaş ölməmişəm axı, niyə ağlayırıq ki?”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ