Bakıda gənc reperin meyiti tapıldı - foto

Bakıda Suraxanı rayonu, Qum adası ərazisində bir ay əvvəl itkin düşən 28 yaşlı İbrahim Nəzərlinin meyiti tapılıb. Mərhum gənc reper olub.

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Onlar bildiriblər ki, İbrahim Nəzərlinin cansız bədəni dənizdə aşkar edilib.

Gəncin ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, İ.Nəzərli noyabr ayının 9-u, 15:00 radələrində Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ