Dünyanın ən yaxşı avtomobil brendləri açıqlanıb

2023-cü ildə “Toyota” dünyanın ən yaxşı avtomobil markası seçilib. “Interbrand” agentliyi dünyanın ən yaxşı 100 brendinin siyahısını dərc edib.

Avtomobil reytinqində ikinci və üçüncü yerləri “Mercedes-Benz” və “BMW” tutsa da, bütün markaların siyahısında şirkətlər müvafiq olaraq yeddinci və onuncu yerləri tutublar. Reytinqdə “Tesla” (12-ci yer), “Honda” (27-ci yer), “Hyundai” (32-ci yer), “Audi” (45-ci yer), “Porsche” (47-ci yer), “Volkswagen” (50-ci yer), “Ford” (51-ci yer), “Nissan” (63-cü yer), “Ferrari” (70-ci yer), “Kia” (88-ci yer) kimi şirkətlər də yer alıb.

“Apple” bütün brendlər arasında birinci yeri tutub. İlk onluğa “Microsoft”, “Amazon”, “Google”, “Samsung”, “Coca-Cola” və “Nike” da daxil olub.

Agentlik siyahıdakı brendləri üç meyar əsasında şirkətin məhsul və ya xidmətlərinin maliyyə göstəriciləri, istehlakçıların satınalma qərarları prosesində brendin rolu və şirkətin gələcək qazancını təmin etmək baxımından brendin gücünü göstərib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ