"AST" Telman tanınmış müğənnini restoranından qovdu

Tanınmış Azərbaycanlı iş adamı, bir müddət öncə müflis olan Telman İsmayılov vaxtilə sahib olduğu “Praqa” restoranında tanınmış ingilis müğənnisi və bəstəkarı Robbi Vilyamsı təhqir edərək səhnədən qovub. 

Sfera.az xəbər verir ki, bunu jurnalist, aparıcı Otar Kuşanaşvili qatıldığı bir şou proqramında xatırladıb. 

Kuşanaşvili deyib ki, T.İsmayılov Moskvada bizneslə məşğul olduğu vaxtlarda paytaxtda “Praqa” adında restoranı var idi. Kuşanaşviliyə həmin restoranda yeni il şənliyini aparmaq həvalə edilib.

O, yeni il şənliyinə dəvət edilən və qonarar kimi bir çamadan pul alan Robbi Vilyamsı İsmayılovun bəyənmədiyini, buna görə də səhnədən qovduğunu söyləyib: “Mənə Telman İsmayılovun köməkçisi dedi ki, yeni il şənliyinə tanınmış bir artist dəvət olunub. Onun kim olduğunu bilmirdim. Köməkçi söylədi ki, artisti qarşılayandan sonra onu qrim otağına aparmalıyam və orada olan bir çamadan pulu artistə verməliyəm.Tapşırıldığı kimi artisti restoranın qarşısında qarşıladım. Avtomobildən düşən tanınmış infilis müğənnisi Robbi Vilyams idi. Mən çox sevinirdim və həyacan keçirirdim ki,  ömrümdə ilk dəfə belə bir insanı yaxından izləyəcəm. Robbi Vilyamsın ifasını Telman İsmayılov da izləyirdi. Amma Robbi iki musiqi ifa etdikdən sonra İsmayılov əsəbiləşdi”. 

Otar xatırlayır ki, tanınmış müğənninin ifasını bəyənməyən İsmayılov onun haqqında təhqiramiz ifadələr işlətməyə başlayıb: “İsmayılov “mən buna pul vermişəm ki, bunun sifətinə baxım” deyərək əsəbiləşdi. Xidmət göstərənlər Robbinin məhşur şəxs olduğunu, onu çox insanın dinləmək istədiyini bildirsələr də Telman İsmayılov ayağa qalxaraq əsəbi halda Robbini səhnədən qovdu”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ