“Dəhşətdir”: İsraildə olan Samirə Əfəndi canlı yayıma çıxdı - video

Tel-Əvivə konsertə gedən “Avroviziya” təmsilçilərimizdən olan Samirə Əfəndi ailəsi ilə birlikdə orada qalıb.

Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkədə canlı yayım açaraq orada yaşadıqlarını danışıb.

Kövrələn müğənni bu gün Bakıya qayıtmaq üçün bilet aldıqlarını deyib:

“Videolara baxırıq, dəhşətdir. Bir də təsəvvür edin burada nələr olur. İnsanlar qışqırır, qaçır, ağlayır. Bu gün üçün bilet almışıq, deyirlər uçuş təxirə salınmayıb. Tək istəyim Bakıya qayıtmaqdır”.

Qeyd edək ki, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000 raket atıldığını bildirib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ