Yenə ermənilərlə dostluq edəcəyik, onlardan biri ilə evlənəcəyik - psixoloq

“Biz ermənilər tərəfindən dəfələrlə qətllərin şahidi olmuşuq. Onlar təkcə bu əsrdə deyil, bundan əvvəl də xislətlərindən əl çəkməyiblər. Mən psixoloq olaraq humanist insanam, lakin bəzi şeylərə real baxmalıyıq. Biz nə vaxt geriyə dönüb baxsaq, ermənilərin soyqırımı etdiklərini görürük. 

Onlar vətəndaşlarımızın əlini-qolunu bağlayaraq öldürdülər, hamilə qadınların başına min oyun açaraq öldürdülər, gənc qızlarımıza zülm etdilər. Uzun illər keçib, onlarda nə qədər əsirlərimiz var. Hələ də həmin insanları qaytarmayıblar. Amma Azərbaycan hər zaman öz humanist mövqeyini qoruyub saxladı. əsirləri qaytardı, Qarabağdan çıxanlara çörək, su verdi”.

Bu sözləri Yenisabah.az-a psixoloq Gülnar Orucova deyib. Vaxtilə Zəngilandan qaçqın salınan psixoloq həmin dövrü xatırlayıb:

“Bizi də Zəngilandan qaçqın salıblar. Onlar bizi Araz çayına töküb suda boğulmağımızı istəyirdilər. Uzun illər mən bu travma ilə yaşamışam. Deyirlər o insan psixoloq olur ki, o, öz problerminə çözüm axtarır. İllər sonra mən anladım ki, sudan qorxmağım, suya girə bilməməyimin səbəbi məhz 7 yaşımda aldığım travmanın nəticəsidir. Ermənilər o vaxt bizi kürüyüb, Araz çayına töküb, biz də İran ərazisindən keçib Azərbaycan ərazisinə gəlmişik.

Bu gün isə biz onları sevə-sevə yola salırıq, hətta deyirik ki, gəl Azərbaycan vətəndaşı ol. Niyə? 

Mən bu gün bəzi vətəndaşlarımızın həddən artıq mərhəmət göstərməsinə heç yaxşı yanaşmıram. Əbülfəz Elçibəyin bir sözü vardı, o deyirdi ki, donuzu pəyədən kötəkləyə-kötəkləyə çıxararlar. İllər keçdi, biz onun doğru söylədiyinin şahidi olduq”. 

O, ermənilərin Azərbaycan ərazisində qalmalarını istəmədiyini dbildirib:

“Ermənilər heç bir halda bizim ərazimizdə qalmamalıdır, hətta onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr belə, buna razı olmamalıyıq. Çünki biz unutqan millətik, nə zamansa, onlarla dostluq edəcəyik, onlardan biri ilə evlənəcəyik və qanımıza erməni qanı qarışacaq. Mən istəməzdim ki, bir Azərbaycan vətəndaşının qanına erməni qanı qarışsın. Biz bu gün onları öz ərazimizdə saxlayacağıqsa, onlar Ermənistana gedə bilməyəcəklər və burada nikahlar olacaq və qan qarışacaq. 

Bu gün onlar Qarabağdan öz maşınları ilə hətta unitazlarını da çıxarıb aparacaq qədər rahat şəkildə gedirlər, amma biz hər şeyimizi qoyub gəlmişdik. Ermənilər Azərbaycan ərazisində qalmamalıdır və Azərbaycanın bütövlüyünü qəbul etməlidirlər, mənim mövqeyim budur. Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub.

Mən demirəm ki, ədavət saxlayaq, kinli olaq, bunu istəmirəm, nifrətlə uşaqları böyüdək demirəm, amma hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, erməni onun düşmənidir. Bu kiçik yaşlardan etibarən aşılanmalıdır. Bilməlidir ki, onlarla ailə qurmaq, dost olmaq olmaz.

İllər öncə atam danışardı ki, ermənilər deyirdi ki, siz bu torpaqlardan gedin, çünki "Qaranquş" adlı bir cəmiyyət yaranıb, ora pul yığılır, vaxt gələcək o pullarla silahlanıb sizi buradan qovacaqlar. Deməli, onlar uzun illər öncədən bu planı qurmuşdular”.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ