Rasim Balayev qalmaqallı müsahibəsindən danışdı

Xalq artisti, “Şöhrət” ordenli aktyor Rasim Balayev “YouTube”da yayımlanan “Düz danışaq” layihəsinə verdiyi qalmaqallı müsahibəsindən söz açıb. 

“YouTube”da yayımlanan “AStar” layihəsinin qonağı olan sənətkar əvvəlcədən aparıcının cinsi azlığın nümayəndəsi olduğunu əvvəlcədən bilmədiyini deyib: 

“Amerikadan mənə zəng gəldi. Dedi ki, Vaşinqtondayam və sizdən müsahibə almaq istəyirəm. Razılıq verdim. Birinci dəfədir ki, özünə bu sözü (cinsi azlıq – red.) deyən adam görürəm. Həmişə insanlar belə şəxslərin arxasınca deyirlər. Bu isə özü dedi mənə ki, mən cinsi azlığın nümayəndəsiyəm.

Onun bu sözündən məəttəl qaldım. Alnında yazılmayıb ki, bu “ondandır”. Mən də qaldım belə... Əvvəlcədən onun belə bilsəydim, müsahibə verməzdim. Saqqalı, bığı... Dedim bu adama oxşayır da... Sən demə, bu normal adam deyilmiş... Özü dedi, başqası yox”, - deyə R.Balayev fikirlərini dilə gətirib.

Qeyd edək ki, “YouTube”da yayımlanan “Düz danışaq” layihəsinin aparıcısı İsmayıl Cəlilov Rasim Balayevlə müsahibə zamanı cinsiz azlığın nümayəndəsi olduğunu deyərək, aktyordan bu şəxslərə qarşı münasibətini öyrənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ