Elariz özünü Amerikanın toylar kralı elan etdi

“Əlbəttə, Bakı üçün darıxıram. Yəqin ki, 2-3 aya Azərbaycana gələcəyəm. 4 il 7 aydır Amerikadayam. İşlərim yaxşıdır. Amerikada biznesim var, toylara da gedirəm. Amerikanın toylar kralıyam”.

Bu sözləri 2019-cu ildə ABŞ-yə köçən müğənni Elariz Məmmədoğlu “Xoş gəldim” verilişində deyib.

İfaçı ABŞ-dəki həyatından danışıb: “Həm toylara gedirəm, həm konsertlərim təşkil edilir, həm də restoranda çıxışlarım olur. Toyda, konsertdə öz mahnılarımı oxuyuram. Amma restoranda ukraynalı üçün Ukrayna, yunan üçün yunan, gürcü üçün gürcü dilində mahnı oxuyuram. Məndən başqa burada baş çıxaran olmaz. Hərdən mənə deyirlər ki, bizi də Amerikaya gətir. Cavab verirəm ki, necə gətirim? Siz gəlin ki mən də qarşılayım. Mənim “Greencard”ım var, istənilən vaxt ABŞ-yə girib-çıxa bilirəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ