Rafael Dağlıya aşırdığı maşından hədiyyə olundu - Fotolar

Tanınmış klarnet ifaçısı Rafael Dağlıya (Bayramov) “Range Rover” markalı avtomobil hədiyyə edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu təşəbbüslə sənətçinin pərəstişkarlarından olan iş adamı çıxış edib.

Qeyd edək ki, Rafael Dağlı bu ilin aprelində məhz “Range Rover” markalı avtomobili ilə Bakı-Quba yolunun Şabran rayonu ərazisində keçən hissəsində ağır qəzaya düşüb. Qəza nəticəsində onun avtomobili yoldan çıxaraq aşmış, maşını isə yararsız hala düşmüşdü. 

Adı açıqlanmayan iş adamı isə sənətçiyə ad günü ərəfəsində “Range Rover” markalı avtomobil hədiyyə onu etməklə sevindirib. Klarnet ifaçısı bu sürpriz hədiyyədən təsirləndiyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ