Natəvan son nəfəsində Hacı Şahinin statusunu paylaşıb - foto

Xəbər verdiyimiz kimi, ötən gün tanınmış aparıcı Natəvan Babayeva vəfat edib.

Onun sonuncu dəfə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı instaqram hesabında etdiyi həssas paylaşımı diqqət çəkib.

Həmin paylaşımı təqdim edirik:

“Çox status qoymazdı. Bu səbəbdən axşam onun statusu diqqətimi çəkdi. Təəcübləndim paylaşdığı şeirə. Səhər aldığım acı xəbərdən sonra bir də həmin status yadıma düşdü. Doğurdan, heç nə təsadüf olmur. Əminəm ki, bu xəbəri alanların, hamının qəlbi ağrıdı bu gün. İnsan əzizini, doğmasını itirəndə belə üzülər. Çox təəsüf, ömür bəzən belə qısa olur… Dini bu qədər sevdirən ikinci insan yəqin bir də olmayacaq… Yeriniz cənnət olsun!”.

Qeyd edək ki, mərhum aparıcı bu paylaşımı tanınmış din xadimi Hacı Şahin Həsənli vəfat edəndə martın 2-si paylaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ