“10 saniyədən az olub” : İtaliyada məktəbli qıza təcavüz edən şəxs bəraət qazandı - video

İtaliyada məhkəmə şagirdə təcavüz edən məktəbin təmizlik işçisi təcavüzün uzun sürmədiyi üçün bəraət qazanıb.

“Snob” yazır ki, buna etiraz olaraq sosial media istifadəçiləri 10 saniyə ərzində özlərinə toxunduqları fleşmoba başlayıblar.

“New York Post”un məlumatına görə, 2022-ci ilin aprelində 17 yaşlı qız 66 yaşlı məktəb xadimi Antonio Avola qarşı polisə şikayət edib. Yeniyetmə bildirib ki, kişi onu məktəbin dəhlizində sıxıb, şalvarını çıxarıb və toxunmağa başlayıb. Bir neçə saniyədən sonra o, dayanıb təmizləmək işlərinə davam edib.

Məhkəmədə həmin şəxs əməlini etiraf etsə də, “sadəcə 10 saniyədən az davam edən zarafat olduğunu” deyib.

Prokurorluq həmin şəxsin 3,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə məktəbin işçisini təqsirsiz hesab edib. Hakim izah edib ki, “10 saniyədən az davam edən təcavüz cinayət sayıla bilməz”.

İtaliyada hakimin qərarı pislənilib - bütün ölkə üzrə insalar etiraz olaraq 10 saniyə ərzində özlərinə toxunaraq videolar çəkib sosial şəbəkələrə yükləməyə başlayıblar. Onlar, göstərmək istəyirlər ki, saniyədən aslı olmayaraq, heç kimin başqasının bədəninə toxunmağa haqqı yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ