Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi - foto

“Miss Mister Azerbaijan - 2023” Milli gözəllik müsabiqəsinin finalı keçirilib. 

Müsabiqəsinin açılışı “Mister Azerbaijan” müsabiqəsinin iştirakçıları tərəfindən defile formatında təqdim edilib. Qızlar və oğlanlar daha sonra üç turda qonaqlar və münsiflər heyəti qarşısında çıxış ediblər: Sport casual, Casual/Cocktail dress, Black tie/Evening gown. Gecənin aparıcıları məşhur ifaçılar Rövşən Civişov və Gülüm Hacıyeva olub.

“Mister Azerbaijan 2023”ün qalibi Cavidan Kəsəmənli, “Miss Azerbaijan 2023” qalibi isə Kameliya Yussef olub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ