Fahişələr özlərini psixoloq kimi təqdim edirlər - Elmir Əkbər

Ən qədim sənətlərdən olan fahişələr bu gün özünü psixoloq kimi təqdim edirlər. Azərbaycan Psixologiya Liqası olaraq bundan çox narahatıq. Bu, Azərbaycan psixoloqlarının adına böyük ləkə gətirir. 

Bunu Kulis.az-a müsahibəsində psixoterapevt Elmir Əkbər deyib.

O bildirib ki, qədim üzdəniraq peşənin sahibləri özlərini sosial şəbəkələrdə asanlıqla psixoloq kimi qələmə verir və təəssüflər olsun ki, bəzi vicdansız televiziya verilişləri də pul müqabilində onları efirə çıxarırlar. 

“Nəticədə də insanlar elə bilir ki, elə psixoloq belə olmalıdır. Heç kim fikirləşmir ki, necə oldu, bu adam birdən-birə psixoloqa çevrildi? İnsanların laqeydliyi də buna şərait yaradır. Necə ki, insanlar qonşusunun oğlunun narkomaniya qurbanı olduğunu görür, amma səsini çıxarmır, eləcə də belə fırıldaqçıları görməzdən gəlirlər. Halbuki dövlət nəzarəti ilə yanaşı, ictimai qınaq da olmalıdır. İnsanlarımız bu tip dələduzları sosial şəbəkələrdə ifşa etməlidirlər. Vicdan, qeyrət insanları vadar etməlidir ki, cəmiyyət olaraq onları ifşa etsinlər ki, bu adam psixoloq deyil, ay camaat, dünənə kimi bu şəxs, başqa işlə məşğul idi”, - deyə E.Əkbər qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ