Məşhur fitnes trener azərbaycanlı xanımların ən böyük səhvini açıqladı

Bizim xanımların ən çox səhv etdiyi məqamlardan biri su içməklə bağlıdır. Bəzən yeməkdən əvvəl su içirlər və dərhal yemək yeməyə başlayırlar. Düşünürlər ki, bu, onları tox tutur və daha az yeməyə vadar edir. Amma bu, yanlış fikirdir. Çünki yeməkdən yarım saat əvvəl və ya sonra maye qəbulu məqsədəuyğundur. Səhər tezdən acqarına su qəbulu çox yaxşıdır. Məsləhətdir. Amma yemək aralarında yox.

Buta.media xəbər verir ki, bunu Oxu.Az-a müsahibəsində tanınmış fitnes müəllimi Aysel Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, gün ərzində beş dəfə olmaqla, az-az və tez-tez qidalanmaq lazımdır:

“Bədənin tələbatı var. Qida rasionuna mümkün qədər riayət etmək lazımdır. İdmançılar istisna olmaqla, digər insanlar şəkərdən, yağdan tamamilə imtina edə bilməz. Orqanizm, gündəlik iş şəraiti bir sıra problemlərin yaşanmasına səbəb ola bilər.

Ona görə də gərək nəfsimizə sahib çıxaq, yağlı, duzlu, şəkərli yeməklərdən imtina edək. Bədəndə karbohidrat çatışmayanda saçlarımız tökülməyə başlaya bilər. Ona görə də qatı diyeta lazım deyil, amma mümkün qədər azaltmaq yaxşıdır. Həftədə bir dəfə özünüzə icazə verə bilərsiniz. Çox yox, az miqdarda istədiyiniz qidaları istehlak edə bilərsiniz”.

Fitnes müəlliminin sözlərinə görə, ən gec qarın nahiyəsindəki əzələlərimiz formalaşır. 

“Ən tez formalaşan isə baldır nahiyəsidir. Əslində, qadınlar istəyir ki, qarın əzələləri daha diqqətçəkən olsun, bel isə daha incə. Lakin bu bir neçə ay ərzində əldə ediləcək nəticə deyil. 

Ona görə də bəzən məşqə bir neçə ay gəlib sonra yarıda saxlayırlar. Əzələlərin tam üzə çıxması üçün bədəndə yağ faizi tam aşağı düşməlidir. Ümumiyyətlə, bədəndə gözə çarpacaq dərəcədə dəyişiklik olması üçün bir neçə il mütəmadi məşq etmək lazımdır”, - deyə o bildirib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от Aysel??? (@ragimzade.a)

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ