Baş Prokurorluqdan Kəramət Böyükçöllə bağlı - açıqlama

Baş Prokurorluq Kəramət Böyükçölün İstintaq idarəsinə çağırılması məlumatı ilə bağlı açıqlama yayıb. 

“Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun İstintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb.

Bildiririk ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.

İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir”, - qurumun mətbuat xidmətindən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ