Bakıda məktəbli küçədə anasını öldürdü

Bakıda küçədə qadın qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün saat 12 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.

35-40 yaşlı qadın küçədə öldürülüb. İlkin məlumata görə, onu oğlu bıçaqlayaraq qaçıb. 

Baş Prokurorluğun Mətbuat Xidməti faktı saytımıza təsdiqləyib.

Qətlə yetirilən qadının Ülviyyə İsmayılova olması müəyyən edilib. Onu qətlə yetirən oğlu, 2007-ci il təvəllüdlü Aydın (şərti) isə tutularaq istintaqa təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ