Hüseyn Əzizoğlunun restoranında baş verən bıçaqlanma ilə bağlı - açıqlama

Bakının Yasamal rayonunda yerləşən "Papaq” restoranında bıçalanma ilə nəticələnən dava düşüb. 

AZXEBER.COM-un məlumatına görə, hadisə zamanı bir nəfər bıçaqlanıb. 

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev saytımıza bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ