Leyla və körpəsinin qətlinə görə ömürlük məhkum edilə bilər

Qobu qəsəbəsində 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Aylanı amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinin məhkəməsi başlayır.

“Qafqazinfo”nun məlumatına görə, yeddi ay davam edən ilkin istintaq dövründə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Müttəhimə qarşı yekun olaraq Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələri ilə ittiham verilib. Bu maddələrin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Qeyd edək ki, dəhşətli cinayət hadisəsi 2023-cü ilin iyununda Abşeron rayonu Qobu qəsəbəsində qeydə alınıb. İttihama görə, 30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə əvvəlcə 20 yaşlı arvadı Leyla və 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb, daha sonra özünə bıçaqla xəsarət yetirib. Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ