Bakı avtovağzalında sürücülər arasında dava: ölən var - video

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında kişi qətlə yetirilib.

APA xəbər verir ki, Savadov İzmir Sabutər oğlu bıçaqlanaraq öldürülüb.

İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib. Sürücülər arasında baş verən mübahisəyə səbəb iki avtomobilin qarşı-qarşıya gəlməsi olub. Nəticədə, 77-PZ-760 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü digər nəqliyyat vasitəsinin sürücüsünü bıçaqlayaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ