Başı kəsilən Yaqutla bağlı yeni detal üzə çıxdı - foto

Bakıda əri tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilən müğənni Yaqut Nərimanla bağlı daha bir detal üzə çıxıb.

Jurnalist Könül Aypara müğənninin bir neçə il əvvəl ağır əməliyyat keçirdiyini deyib.

Onun sözlərinə görə, Y.Həşimova illər öncə beynindən əməliyyat olunub və çətinliklə sağlamlığına qovuşub.

"Allah lənət eləsin! O ailə Yaqutun sağ qalması üçün varından-yoxundan keçmişdi. Hər şeylərini satmışdılar ki, təki Yaqut sağ qalsın", - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ