Azərbaycanda it qənd yediyi üçün öldürüldü - foto

Zaqatalada it döyülərək öldürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, it çayxananın həyətinə girib qənd oğurladığı üçün döyülüb və öldürülüb. Həmin şəxsin Elsevər adında bir şəxs olduğu bildirilir. 

Hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, sözügedən iddialarla bağlı rayon polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ