Bakıda şagirdlər məktəbin həyətində narkotik qəbul edib? - video

Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən orta məktəblərin birinin ərazisində bir neçə şagirdin narkotik qəbul etməsi ilə bağlı görüntülər yayılıb.

Görüntülərdə 3 məktəbli və 1 nəfər yaşlı kişinin məktəbin arxa hissəsində şübhəli hərəkətlər etdiyi bildirilir. İddia olunur ki, yaşlı şəxs şagirdlərə narkotik verib və onlar həmin vasitəni qəbul ediblər.

44 saylı orta məktəb hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

“Videogörüntülərdə yer alan ərazi 44 nömrəli tam orta məktəbin arxa tərəfində yerləşir. Ərazi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aiddir və burda adı qeyd edilən ASC-nin enerji blokları yerləşdirilib. Məktəbli geyiminin rənginə görə təsbit edilib ki, videoda görünən şəxslər 44 nömrəli tam orta məktəbin şagirdləri deyil.

Qeyd edək ki, yayılan videogörüntülərlə bağlı məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Məsələ ilə bağlı araşdırma aparılır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ