FETÖ ilə əlaqələri olduğu deyilən Qubad İbadoğlu ilə bağlı maraqlı fakt

Bir neçə gün əvvəl həbs edilən iqtisadçı Qubad İbadoğlunun FETÖ ilə əlaqələrinin olduğu iddia edilib.

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb, Q.İbadoğlu saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ətraflı

Qeyd edək ki, Qubad İbadoğlu 2008-2009-cu tədris ilində ABŞ-ın adı Şimali Karolina Universitetində çalışıb. Bu universitetin adı daim FETÖ üzvlərinə yaxınlığı ilə hallanıb. 2015-2016-cı illərdə Dyuk Universitetində, 2018-2021-ci illərdə isə Ratqers Universitetində işləyib. 

Onu da qeyd edək ki, 2019-cu ilin iyulun 23-də “Fetogercekleri.com” saytında dərc olunmuş “ABŞ professorlarından FETÖ manipulyasiyası – FETÖ gerçekleri” başlıqlı məqalədə “15 iyul çevriliş cəhdin”dən sonra 50 professorun hüquq-mühafizə orqanlarının xaric edilmiş əməkdaşlarına dəstək məktubu yayımlanıb. Dəstək məktublarının müəllifləri siyahısında Şimali Karolina Universitetinin professoru Cozef Kunsun və Ratqers Universitetinin professorları Kolin Çin və Ron Klarkın da adları var. 

Bundan başqa, “Habertürk” televiziya kanalında 2020-ci ilin 9 sentyabrında yayımlanan “Florida Beynəlxalq Universitetinin tələbəsi FETÖ-nün ODTÜ-dəki təşkilatlanmasını üzə çıxardı” adlı xəbərdə terror təşkilatının Ankaradakı “Kaan” təxəllüslü gizli imamının da Şimali Karolina Universitetində işlədiyi qeyd olunub. 

Həmçinin, Türkiyə mediası FETÖ-yə bağlı olan professor Abdullah Anteplinin də Dyuk Universitetində işlədiyini yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ