Bakıda qadın keçmiş sevgilisinin maşınını əzdi - video

Sosial şəbəkələrdə Bakının Hövsan qəsəbəsində qadının minik avtomobilinin şüşələrini qırmasını əks etdirən görüntülər yayılıb.

"Qafqazinfo" xəbər verir ki, görüntülərdə qadının binalardan birinin önündə park edilmiş avtomobilin bütün şüşə və güzgülərini daşla sındırması əks olunub. Daha sonra avtomobil sahibinin ünvanına təhqiramiz ifadələr səsləndirib. Hadisə yerinə polis əməkdaşları gəlib.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, ötən gecə baş vermiş hadisə araşdırılır:

"Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində bir avtomobilə qəsdən zərər verilməsi barədə polisə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsində təhqiqat araşdırması başlanılıb.

Araşdırmalarla məlum olub ki, 1983-ci il təvəllüdlü qadın keçmiş sevgilisinə məxsus olan "Mersedes" markalı avtomaşının ön və yan şüşəsinin küt alətlə sındıraraq ehtiyyat hissələrini yarasız hala salıb. Hazırda hər iki şəxsin qarşılıqlı müraciətləri əsasında araşdırmalar davam etdirilir".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ