Bakıda gecə klubunda qadın bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qış parkının yaxınlığında yerləşən klubların birində qeydə alınıb.

Klubda müştəri olan 1987-ci il təvəllüdlü Əliyeva Saina Vəkil qızı tanışı tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ