Prezidentin tapşırığı ilə hər "Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək
Buta.media-nın məlumatına görə, bu Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov deyib.
H. Mövsümov bildirib ki, prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək: "Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Dövlət ziyanı sizə ödəyəcək, növbəti mərhələdə isə həmin obyektin sahibləri dövlət qarşısında cavab verəcək".
Mövsümov əlavə edib ki, zirzəmidəki mallara ziyan dəyməyib.