Prezident “Diqlas”dakı yanğınla bağlı tapşırıq verdi

"Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarların rəsmilərlə növbəti görüşü keçirilir.

 
Buta.media-nın məlumatına görə, "Qafqazinfo"nun görüşdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyin Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edir.
 
A. Qasımov çıxış edərək deyib ki, müraciətlər dövlət başçısına çatdırıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib.
 
H. Mövsümov çıxış edərək deyib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ