Azərbaycanda “Lada” avtomobilləri istehsal oluna bilər

Rusiyanın “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” avtomobillərinin irimiqyaslı yığılmasını təşkil etmək üçün danışıqlar aparır. Bu barədə jurnalistlərə şirkətin rəhbəri Maksim Sokolov məlumat verib.

“AvtoVAZ”ın nümayəndə heyəti bu günlərdə Azərbaycandadır. Onlar gələcək tərəfdaşlarımızın istehsal gücünə baxırlar. Ümid edirəm ki, yazda müsbət xəbərlər olacaq”, - TASS Sokolovdan sitat gətirir.

Agentlik xatırladır ki, “AvtoVAZ”ın yanvarda təqdim olunmuş təqdimatına əsasən, şirkət Azərbaycanda iribloklu yığma üsulu ilə avtomobillərinin kütləvi istehsalına başlamağı planlaşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ