Azərbaycan bir ayda Rusiyaya üç milyon yumurta tədarük edib

Azərbaycan son bir ay ərzində Rusiyaya 3 milyon ədəd toyuq yumurtası tədarük edib.

Bu barədə cümə günü “Rosselxoznadzor” məlumat yayıb.

İdarədən aydınlıq gətirilib ki, yanvarın 19-da Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiya Federasiyasına 612 min ədəd ərzaq yumurta göndərilib.

2023-cü ildə Rusiyada toyuq yumurtası 1,6 dəfədən çox bahalaşıb. Prezidenti Vladimir Putin hökumətin bu sahədə kifayət qədər səmərəli işləməməsinə görə rusiyalılardan  üzr istəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ