“Mançester Yunayted” Ronaldunun maaşından kəsdi

“Mançester Yunayted” klubu hücumçu Kriştianu Ronaldunun maaşını 25% azaldıb.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Klub 2022/23 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün bu addımı atıb. Portuqaliyalının müqaviləsində müvafiq variant var idi.

Futbolçu “Mançester Yunayted”in bu qərarından son dərəcə narazı qalıb, çünki o, ötən mövsüm komandanın çıxışına ciddi töhfə verdiyini və 18 qol vurduğunu düşünür.

Bu yay mediada dəfələrlə Kriştianu Ronaldunun “Mançester Yunayted”dən ayrılmaq niyyəti barədə məlumatlar yayılıb.

Daha əvvəl jurnalist Canluka Di Marzio portuqaliyalının “Napoli”yə mümkün transferi haqda məlumat verib. Onun sözlərinə görə, bu sövdələşmə çərçivəsində nigeriyalı hücumçu Osimhen İngiltərə təmsilçisinin heyətinə qatıla bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ