Ronaldunun “Napoli”yə transferinin təfərrüatı məlum oldu

“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu İtaliyanın “Napoli” klubuna keçməyə razılaşıb. Portuqaliyalının transferi ilə bağlı yeni təfərrüatlar “La Gazzetta dello Sport” nəşrinə məlum olub.

Mənbənin sözlərinə görə, Neapol komandası yaxın vaxtlarda sövdələşməni yekunlaşdırmağa hazırdır. Qeyd olunur ki, 37 yaşlı hücumçu icarə əsasında yeni klubuna keçəcək.

Daha əvvəl Ronaldunun agenti Xorxe Mendeşin potensial transferlə bağlı “Napoli” ilə danışıqlara başladığı bildirilirdi. İtaliya klubu nigeriyalı hücumçu Viktor Osimheni portuqaliyalıya dəyişməyə hazırdır. Lakin afrikalı futbolçunun agenti sonradan bu məlumatı təkzib edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ