“Beşiktaş” Qurban Qurbanovla maraqlanır

“Beşiktaş”ın baş məşqçisi Fernando Santoşun ardıcıl məğlubiyyətlərindən sonra klub yeni çalışdırıcı axtarışındadır.

İstanbul təmsilçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır.

Bu barədə məlumatı “Fotospor” saytı yayıb. Bildirilib ki, uğursuz olan F.Santoşun yerinə ən real namizəd Qurban Qurbanov göstərilir.

İstanbul klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın “Bayer”ə (Leverkuzen) qarşı keçirdiyi oyunu canlı izlədikdən sonra rəhbərliyə Qurban Qurbanov haqqında müsbət fikirlər bildirib.

S.Aybaba həmçinin Azərbaycan təmsilçisinin oyunçuları Abdullah Zubir və Olavio Juninyonu da bəyənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ